Ukrayna “qara siyahısı”nı genişləndirib

Ukrayna “qara siyahısı”nı genişləndirib

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi Təhlükəsizlik Xidmətinin tövsiyəsi ilə Rusiya aktyorları da daxil olmaqla, daha 30 nəfəri "qara siyahı"ya daxil edib. SİA xəbər verir ki, bu barədə çərşənbə günü qurumun saytında məlumat verilib.

Qeyd olunur ki, “Ukraynanın milli təhlükəsizliyinə təhdid yaradan” şəxslərin siyahısını yenilədikdən sonra siyahıda bunlar qeyd olunur: Anastasiya Baklanova, Pavel Boqomolov, Tatyana Burnakina, İlya Vlasov, Sergey Vorobyov, Konstantin Qaponov, Mixail Qrişşenko, Roman Qusev, İlya Dombrovski, Aleksandr Zaqulyaev, Vyaçeslav Zemlyanoy, Aleksandr Klassen, Yuri Kotov, Yevgeni Kuzmin, Aleksandr Lapşov, İqor Luçixin, Vladimir Miller, Katerina Nasonova, Roman Nikiforov, Andrey Penzin, Eqor Popov, Mixail Razikin, Aleksandr Romanov, Valent Skabarin, Aleksandr Romanov, Andrey Skabarina Andrey Fomin, Dmitri Çudin , Maksim Şpakovski və Lyudmila Yakovleva. İndi bu siyahıda 258 nəfər var.

Xatırladaq ki, 2015-ci ilin avqustunda Ukrayna Mədəniyyət Nazirliyi “milli təhlükəsizliyə təhlükə yaradan” mədəniyyət xadimlərinin, o cümlədən Rusiya Federasiyasından olanların “qara siyahısı”nı dərc edib. Bu siyahıya daxil olan rəssamlar arasında Oleq Qazmanov, Valeriya Perfilova, Sergey Penkin, Aleksandr Rozenbaum, Yuliya Çiçerina da var idi. Siyahı müntəzəm olaraq genişlənir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə