Kosmik filmlərə baxaxaraq pul qazana bilərsiniz - YENİLİK

Kosmik filmlərə baxaxaraq pul qazana bilərsiniz - YENİLİK

ABŞ-da bir şirkət 12 kosmos filminə baxmaq üçün ideal insan axtardığını açıqlayıb. Yeganə vəzifəsi film izləmək və qeydlər aparmaq olan şəxsə ayın sonunda min dollar ödəniləcək. SİA xarici mətbuata istinadən bildirir ki, kosmosa getmək indi milyarderlər üçün böyük bir yarışa çevrilib. Digər tərəfdən, dünyanın qalan hissəsi üçün kosmosa səyahət hələ də ancaq filmlərdə və seriallarda izlənilə bilən və kitablarda oxuna bilən bir təcrübədir. ABŞ-da "MRO Electric" adlı şirkət öz saytında 12 kosmos filminə baxmaq üçün kinosevər axtardığını elan edib. Siyahıda yeddidən yetmişə qədər hər kəsin diqqətini çəkən, milyonların izlədiyi və müraciət edən şəxsin bir ay ərzində baxacağı 12 film belədir: "2001: A Space Odyssey", "The Martian", "Interstellar", "Moon", "Proxima", "Passengers", "Hidden Figures", "Apollon 13", "First Man","The Right Stuff","Gravity" və "October Sky".

Qeyd edək ki, şirkətin internet saytındakı elana görə, namizədlər elmi fantastika filmlərinə, kosmik filmlərə maraq göstərməlidirlər. Bununla belə, 18 yaş və ya daha yuxarı olan namizədlərin ABŞ vətəndaşı və ya daimi sakini olması tələb olunur.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə