Qlazqo sammitində Ermənistan prezidentinə Paşinyan deyə müraciət edilib
BMT-nin Qlazqo şəhərində keçirilən İqlim Dəyişikliyi Konfransının (COP26) 26-cı sessiyasında Ermənistan prezidenti Armen Sarkisyan səhvən ölkənin baş nazirinin soyadı ilə Paşinyan kimi təqdim edilib.
SIA-nın məlumatına görə, bununla bağlı video görüntülər COP26-un internet portalında yayımlanıb.
Sessiyanın sədri “Ermənistan prezidenti Armen Paşinyanı” salamlamaqdan şad olduğunu bildirib. Tribunaya çıxan və çıxışını davam etdirən Ermənistan lideri “Sağ olun, cənab sədr. Mənim soyadım Sarkisyandır”, deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB