...Niyə Rusiya bizə artıq nəvaziş göstərmir? Niyə Rusiya azərbaycanlılara qarşı çıxıb bizim “haqlı haqqımızı” onlara “sübut” etməyə çalışmır? Niyə ruslar ermənilərin ən yaxın müttəfiqi kimi onları qorumaq üçün “antidron” qalxanı yaratmır? Axı, onlar bizə kömək etməyə borcludurlar. Amma təəssüflər olsun ki, Rusiya hələ də özünün dar düşüncəli maraqlarını rəhbər tutmaqda davam edir.
-“Rusiya bizim strateji müttəfiqimizdir”.
-“Rusiya və Ermənistan həm ikitərəfli müqavilələr əsasında, həm də KTMT çərçivəsində müttəfiqdir”.
-“Rusiya bütün gücünü erməni dövlətlərinə qəsd edənlərin üzərinə atacaq”.
Uzun illər biz erməniləri bu nağıllarla aldadıblar. Əslində isə, biz bu nağılları dinlədiyimiz ərəfədə rusların “beşinci kolon”un çoxsaylı nümayəndələri Ermənistanın içərilərinə sirayət edib bəzi erməni səlahiyyətlilərinin “başlarını doldurmaqla məşgul olublar”. Sübut kimi isə biz 44 günlük müharibəni göstərə bilərik.
Yəni 44 günlük müharibə zamanı ruslar əsil simlarını göstərdilər. Belə ki, əllərində kifayət qədər PUA-lar, həm də onlarla mübarizə aparan sistemlər ola-ola birini də bizə rəva bilmədilər(?).
Hələ o gün Putin bizə gözdağı verirmiş kimi, Rusiyanın son illərin münaqişələrində özünü effektiv və təhlükəli silah kimi göstərən pilotsuz uçuş aparatlarının hücumlarını dəf etməyi yaxşı öyrəndiklərini də deyib. İndi Putindən soruşan gərək, bir halda ki, bunu bilirdiz, bəs onda niyə bunu sizə həmişə sadiq bir müttəfiq olan ermənilərə öyrətmirdiniz?
...Budur, Azərbaycan indi də, İsraildən “I-Derby ER” tipli təyyarə raketlərini alıb. Özü də bu raketləri rus istehsalı olan “MiQ-29” qırıcılarının “qanadlarına taxıb” bizə “hücum edəcək” (?). Təbii ki, bu hücum təkcə bizə qarşı yox, İrana qarşı da ola bilər. Ona görə də bizə sədaqətli dost olan İranı da ayıq-sayıq olmağa çağırırıq.
Bundan əlavə, burada bizim üçün maraqlı görünəsi rusların bütün bunlara reaksiya verməməsidir. Axı ruslar niyə, “bizi həmişə qoruyacaqları barədə götürdükləri öhdəliklərə” əməl etmirlər. Amma, belə görünür ki, Rusiya, dediyimiz kimi, özlərinin dar düşüncəli maraqlarını rəhbər tutaraq, bizim “düşmənlərimiz” tərəfə “yıxılmaqda” böyük bir səhvə yol vermiş olurlar. Bununla da ruslar Qafqazdakı ən etibarlı, ən sadiq müttəfiqlərinə, yəni bizə xəyanət etmiş oldular.
Məhz elə bunun nəticəsidir ki, bu gün, yəni müharibədən sonra Rusiyanın bu bölgədəki təsiri sürətlə azalır. Bundan əlavə, bu gün Moskvanın simasında rəqibə qətiyyən ehtiyacı olmayan Türkiyə və İsrail artıq burada tam “güçlənməkdədir”. Belə görünür ki, zaman keçdikcə Rusiyanın bölgədəki təsiri tamamilə yox olacaq. Ancaq o zaman ruslar ən etibarlı müttəfiqlərinə, yəni biz ermənilərə qarşı göstərdikləri sayqısızlıqları başa düşüb “peşiman” olacaqlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB