Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 224 nəfər ölüb.
SİA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 361 533 nəfər test edilib, onların 29 796-nın koronavirus testi pozitiv nəticə verib, 29 837 nəfər sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 116 663 497 peyvənd tətbiq edilib ki, bunun 89,38 faizi birinci, 78,70 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB