Fövqəladə vəziyyət elan edilib!

Fövqəladə vəziyyət elan edilib!

Efiopiya Nazirlər Şurası ictimaiyyəti TPLF-nin hücumlarından qorumaq üçün ümummilli fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, Nazirlər Şurası həmçinin hazırkı qətnamənin Efiopiya Nümayəndələr Palatası tərəfindən 24 saat ərzində təsdiq ediləcəyini açıqlayıb. Efiopiyanın baş naziri Abiy Əhməd ölkədəki mövcud vəziyyəti müzakirə etmək üçün dünən ölkədə yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşüb.

Digər tərəfdən bu gün TPLF-nin Əddis Əbəbəyə qarşı mümkün hücumlarına qarşı müdafiə təyinatlı qüvvələrinin yaradıldığı açıqlanıb.

Ağır döyüşlərdən sonra Amhara əyalətinin Dessie və Kombolça şəhərlərini ələ keçirən TPLF qüvvələri paytaxtdan təxminən 350 kilometr aralıdadır.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə