Müdafiə naziri istefa verdi - UKRAYNADA

Ukraynanın Müdafiə naziri Andrey Taran istefa məktubunu Ali Radaya təqdim edib.

SİA xəbər verir ki, bu barədə NV internet nəşri hökumətin parlamentdəki nümayəndəsi Taras Melniçuka istinadla məlumat yayıb.

Bundan əvvəl istefa məktubunu müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri Aleksey Reznikov yazıb.

Parlamentin “Xalqın xidmətçisi” fraksiyası onun müdafiə naziri postuna namizədliyini dəstəkləyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə