Rusların ölkəyə girişini məhdudlaşdırmaq tələb edildi ZELENSKİDƏN

Rusların ölkəyə girişini məhdudlaşdırmaq tələb edildi ZELENSKİDƏN

Ukraynalı millətçi, "Sağ sektorun", hansıki, Rusiya Federasiyasında qadağan olunmuş təşkilatdır, Odessa bölməsinin keçmiş rəhbəri Sergey Sternenko Ukrayna prezidenti Vladimir Zelenskinin saytında Rusiya Federasiyası vətəndaşlarının ölkəyə girişinə məhdudiyyət qoyulmasını tələb edən petisiyanı qeydə alıb. SİA xəbər verir ki, Petisiya çərşənbə axşamı qeydə alınıb və prezident tərəfindən baxılması üçün 90 gün ərzində 25 min imza toplamalıdır.

Artıq 2,5 mindən çox imza toplanıb.

“Ukrayna prezidentindən Rusiya Federasiyasının davam edən silahlı təcavüzü kontekstində Ukrayna vətəndaşlarını və dövlətin milli təhlükəsizliyini qorumaq üçün Rusiya vətəndaşlarının Ukraynaya səfərinə qadağa qoyulmasına və ya viza rejiminin tətbiqinə təşəbbüs göstərməsini xahiş edirəm”, deyə müraciətdə bildirilir.

Qeyd edək ki, Ukraynanın istənilən vətəndaşı dövlət başçısının saytında elektron ərizə ilə ölkə prezidentinə müraciət edə bilər. İstənilən vətəndaş qeydiyyatdan keçdikdən sonra ərizəni imzalaya bilər. Müraciət 10 gün ərzində 25 min vətəndaş tərəfindən imzalandıqdan sonra prezident tərəfindən baxılır. Prezident petisiyanın dəstəklənməsi və ya verilməməsi barədə öz internet səhifəsində məlumat verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə