Dəbdəbəli bina çöküb

Nigeriyada 21 mərtəbəli binanın uçması nəticəsində ən azı 6 nəfərin cəsədi dağıntılar altından çıxarılıb. SİA xarici mətbuata istinadən bildirir ki, Afrikanın ən sıx məskunlaşdığı Nigeriyada hündürmərtəbəli bina uçub. Yerli media onlardan bəzilərinin yaralandığını, lakin 100-ə yaxın insanın itkin düşdüyünü bildirib. Xilasetmə qrupları hadisə yerində gərgin işlər aparır.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə