ABŞ-ın “USS Connecticut” nüvə sualtı qayığı ilə baş verən insidentin təhqiqatı başa çatıb. Sualtı qayığın Cənubi Çin dənizinin sularında toqquşduğu obyektin sualtı dağ olduğu ortaya çıxıb.
Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmanın rəsmi nümayəndəsi Heyli Sims bildirib. SİA bu barədə rus mətbuatına istinad edir.
Hərbçilər daha əvvəl bildirmişdilər ki, hadisə oktyabrın 2-də “Connecticut” zərbə atom qayığında olub, nüvə qurğusuna ziyan dəyməyib. Hadisə zamanı 11 dənizçi yaralanıb.
“USS Connecticut” hərbi gəmisinin Hind-Sakit Okeandakı beynəlxalq sularda əməliyyat zamanı əvvəllər məlum olmayan dəniz zirvəsi ilə toqquşduğu aşkarlanıb”, – o deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB