Livanın xarici işlər naziri Abdullah Buhabib Livan mərkəzli “Al-Jadeed” televiziyasının bir proqramına qatılaraq son 48 saatda başda Səudiyyə Ərəbistanı olmaqla, 4 ölkə ilə yaşadıqları diplomatik böhranla bağlı danışıb...

Livan onunla diplomatik və ticarət əlaqələrini kəsən Səudiyyə Ərəbistanını qatı olmaqla günahlandırıb, Hizbullahın da ölkənin əsas komponentləri arasında olduğunu bildirib. SİA bu barədə xarici mətbuata istinad edir.

Livanın xarici işlər naziri Abdullah Buhabib Livan mərkəzli “Al-Jadeed” televiziyasının bir proqramına qatılaraq son 48 saatda başda Səudiyyə Ərəbistanı olmaqla, 4 ölkə ilə yaşadıqları diplomatik böhranla bağlı danışıb. Ölkənin baş naziri Nəcib Mikatinin təlimatı üzrə sözügedən mövzunun həll edilməsi üçün bir “böhran masası”nın qurulduğunu söyləyən Buhabib bu barədə deyib: "Böhran masası müvəffəqiyyətli ola bilmədi, çünki daxili və xarici faktorlara görə böhran nazirliklərdən və Livandan daha çox böyüdü.

Rəsmi Riyaddan böhrana yanaşmada aydın olmayan qatı bir mövqe var. Hər hansı iki dövlət arasındakı problem dialoqla həll edilər. Bizim səy etdiyimiz də dialoqdur.

Səudiyyə Ərəbistanı xarici işlər naziri Faysal ibn Fərhan "Hizbullahın Livan siyasəti üzərindəki hakimiyyəti" sözlərini işlədib. Mən ona bunu söyləyirəm: “Hizbullah ölkədəki əsas komponentlər arasındadır, Livana dominantlıq etmir."

Xatırladaq ki, Livan informasiya naziri Corc Kardahinin Yəmənlə bağlı rəsmi Riyadı tənqid edən şərhlərindən sonra Səudiyyə Ərəbistanı və Bəhreyn 29 oktyabr, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri isə 30 oktyabrda Livandakı səfirlərini geri çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə