Prezidentin təyyarəsi Böyük Britaniyaya buraxılmayıb

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 26-cı konfransının dünya liderlərinin sammitinə qatılmaq üçün gələn Qırğızıstan prezidenti Sadır Japarovun təyyarəsi texniki tələblərə uyğun gəlmədiyi üçün Böyük Britaniyaya buraxılmayıb. SİA xəbər verir ki, bu barədə Sputnik Qırğızıstan prezident administrasiyasına istinadən məlumat yayıb.

Məlumata gərə, şəxsi təyyarə icarəyə götürmək lazım olub.

"Dövlət başçısının uçduğu 1 nömrəli bort - TU-154 Avropa İttifaqı və Böyük Britaniyanın texniki standartlarına cavab vermir. Bununla bağlı Qırğızıstan tərəfinə bu tip təyyarələrin enişinin mümkünsüzlüyü barədə məlumat verilib", deyə agentlik administrasiyanın nümayəndəsinə istinadən xəbər verir.

Sputnik Qırğızıstanın məlumatına görə, Cəfərov Qlazqoya Embraer Lineage 1000 şəxsi təyyarəsi ilə uçub. Prezident hazırda Böyük Britaniyaya gəlib və çərşənbə axşamı sammitdə çıxış edəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə