Koronavirus epidemiyasının başlanğıcında sərhədlərini dünyaya bağlayan Avstraliya, bu gün ölkədə bağlanmanın sona çatması ilə beynəlxalq səyahət qadağasını ləğv etdi. 583 günlük həsrətdən sonra sevdikləri ilə qovuşan avstraliyalılar hava limanlarında duyğulu anlar yaşayıb. SİA xarici mətbuata istinadən bildirir ki, Avstraliya koronavirus tədbirləri səbəbi ilə sərhədlərini təxminən 600 gün bundan əvvəl 18 aydan çox bağlayıb. Noyabrın 1-də ölkədə bağlanmanın başa çatacağı zaman, yəni bu gün beynəlxalq səyahət qadağası ləğv edilib.
İki ilə yaxındır ailələrindən və sevdiklərindən uzaq olan avstraliyalılar qadağanın aradan qaldırılması ilə Sidney hava limanında emosional anlar yaşayıb. Beynəlxalq xəbər agentliklərinin çoxlu fotoşəkillərlə yayımladığı xəbər dünya mətbuatının da gündəmində olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB