Vulkanın qəzəbi səngimir

İspaniyanın La Palma adasında sentyabrın 19-dan aktiv olan vulkandan lava axını davam edir. Mütəxəssislərin vulkanın fəaliyyətinin uzun müddət davam edəcəyi ilə bağlı xəbərdarlığı doğru olsa da, bölgədə yaşayan insanlar qorxu ilə yaşamağa davam edir. Adadan çəkilən fotolar qorxu filmi səhnələrini xatırladıb. SİA xarici mətbuata istinadən bildirir ki, İspaniyanın cənub-qərbindəki Kanar adaları qrupundan biri olan La Palma adasında Kumbre Vieja vulkanında 5 ağızdan və 10 fərqli qoldan lava axını davam edir.

İndiyədək 900 hektardan çox əraziyə yayılan La Palma vulkanının lavaları əsasən evlər olmaqla 2000-dən çox binanı dağıdıb. Bölgədə ümumilikdə 65 kilometrlik yol da lava altında qalıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə