Brejnevə verilməyən sualı ermənilərə ünvanlayıram...

...Gərək ki, Sov.İKP-nin XXIV qurultayındakı şıxışı zamanı Mərkəzi Komitənin Birinci katibi, əziz Leonid İliç Brejnev öz “möhtəşəm” çıxışı zamanı qurultay iştirakçılarını SSRİ-nin inkişafda olduğunu və bu inkişafla 5-6 ilə Amerikanın indiki, yəni 1974-cü ildəki inkişaf səviyyəsinə çatacağımızı bildirmişdi.

Bilirsininiz burada mənim üçün maraqlı olan nədir?

...Deməli, əziz Leonid İliç Kremlin “yüksək tribunasından” sovet əhlinə belə bir müjdə verərkən görən, Amerıka Birləşmiş Ştatlarının dayanıb SSRİ-ni gözləmədən öz inkişafını davam etdirəcəyini düşünürdümü? Bax, bu həmin illərdə də mənim üçün müəmma olaraq qalırdı.

Nə demək istəyirəm? Yenə də deməli, erməni saytlarında yer alan yazılardan birində, məruz qaldıqları məğlubiyyətlərini hələ də həzn edə bilməyən ermənilər, bir-birlərinə təsəlli verib, gələcək barədə “gözəl-gözəl planlar” qurmaları barədə məqalə ilə rastlaşdım. Bədbinlik girdabında cabalayan ermənilər bu dəfə dünyanı onlara qarşı “qəddar və ədalətsiz" olmaqda “ittiham” edirlər. Hazırkı məqamda, çətin də olsa, özlərinə yeni dostlar tapmağın yollarını axtarırlar. Gərək ki, bir müddət bundan əvvəl də dediyimiz kimi, ermənilər yenə də “siçan ürəkli fil” olmaq istəyirlər. Çarəsizliklərini zəif olmaları ilə əlaqələndirirlər. “Nə qədər ki, zəifik, heç kim bizimlə hesablaşmayacaq” deyirlər.

Ona görə də yenə də bir birlərinə sual edirlər: nə etməliyik, elə özləri də cavab verirlər: hər necə olursa, olsun güclənməliyik.

Doğrudur, bu gün bizim Azərbaycan Hərbi Qüvvələrinə birbaşa “...əllərini məndən çək!” deyəcək cürətli hökumətimiz olmasa da, amma biz belə bir hökumət yaratmağa girişməliyik.

Ona görə də parlamentimiz də hər “bekara” qətnaməni qəbul etməməli, öz qüvvələrini yenidən qurmalı və bu işdə bizə kömək edə biləcək şəxslərdən dəstək almalıdır. Əslində, bu bir-iki ilin məsələsi olmasa da, amma biz ermənilər buna nail olub inkişaf etməliyik. Yəni Azərbaycana qarşı güclənməliyik.

...Təbii ki, mən erməniləin bu arzularına “mifik bir arzu” demək istəməzdim. Yazıqdırlar. Amma, nə qədər olmasa da, belə bir sual vermək istərdim ki, ay ermənilər, necə düşünürsünüz, məgər siz “inkişaf edib güclənəcəyiniz” ərəfədə, Azərbaycan öz inkişafından qalıb, sizin necə “inkişafda olduğunuza” tamaşamı edəcək?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə