Bütün dünya bu görüşdən danışır

Bütün dünya bu görüşdən danışır

İtaliyanın paytaxtı Romada keçirilən G20 Zirvə toplantısında bir araya gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Baydenin kritik görüşü bütün dünya tərəfindən yaxından izlənilib və aktual mövzuya çevrilib. SİA xarixi mətbuata istinadən bildirir ki, G20 sammitində prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Bayden arasında ikitərəfli münasibətlər dünyanın gündəminə çevrilib. Planlaşdırılandan daha uzun sürən görüşdə Türkiyə-ABŞ münasibətləri müzakirə edilərkən, iki ölkə arasında əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi üçün mesajlar verilib. Bayden tərəfindən verilən açıqlamalarda "konstruktiv əlaqələri davam etdirmək istəyirik" mesajları dünya mətbuatında geniş əks-səda doğurub.

Başda ABŞ mətbuatı olmaqla bir çox ölkə Ərdoğan-Bayden görüşündə verilən mesajları manşetlərə daşıyıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə