“Halloven” paradı rekora imza atıb

“Halloven” paradı rekora imza atıb

Pandemiya səbəbindən bir il ara ilə qeyd olunan “Halloven” bayramında xərcləmə rekordu qırılıb. Kostyumlar, balqabaqlar və bəzək əşyalarının satışı təkcə ABŞ-da 10 milyard dolları keçib. Nyu-Yorkda keçirilən ənənəvi "Halloven" kostyum paradına maraq böyük olub. SİA xarici mətbuata istinadən bildirir ki, ənənəvi bayramdan beynəlxalq əyləncə üsuluna çevrilən “Halloven” ötən il pandemiya səbəbindən qeyd oluna bilməyib. COVID-19 peyvəndi sayəsində sosial həyata qayıtmaq bu ilki bayramı tarixin ən böyük bayramına çevirib. Təkcə ABŞ-da xərclər 10 milyard dolları keçib. Ötən il xərclər 8 milyard dollar olub. Şəxsi məclislər, ev şənlikləri və küçə paradları şəhərləri nəhəng kostyum toplarına çevirib.

Qeyd edək ki, bu ilki "Halloven" geyimləri "Squid Game" serialından ilhamlanıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə