Ceyn Psaki də koronavirusa yoluxub

Ceyn Psaki də koronavirusa yoluxub

Ağ Evin mətbuat katibi Ceyn Psakidə COVID-19 aşkarlanıb.

SİA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Psaki ailə üzvlərində və özündə virusun aşkarlanması səbəbindən çərşənbə günü Ağ Evin yüksək vəzifəli məmurları və tibb qrupu ilə razılaşdıraraq prezidentlə xaricə səyahət etməmək qərarına gəlib. O, karantin rejimində olduğunu, bir neçə gün COVID-19 üçün mənfi testlərdən keçdiyini qeyd edib. Ancaq dünən Psakinin koronavirus testinin nəticələri müsbət olub.

Bütün xəbərlər Facebook səhifəmizdə