Şimali Makedoniyanın baş naziri istefa verib

Partiyasının bələdiyyə seçkilərindəki məğlubiyyətindən

sonra Şimali Makedoniyanın baş naziri Zoran Zaev Nazirlər Kabinetinin rəhbəri və ölkənin hakim partiyası olan “SDSM”-in lideri vəzifəsini tərk etdiyini bildirib.

Bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

Xatırladaq ki, bazar günü Şimali Makedoniyada bələdiyyə orqanlarının rəhbərləri və nümayəndəlik orqanlarına seçkilərin ikinci turu keçirilib. Seçki komissiyasının ilkin məlumatlarına görə, əksər bölgələrdə ölkənin ən böyük müxalifət partiyası olan “VMRO-DPMNE” qalib gəlib.

“SDSM adından rəqiblərimizi bələdiyyə seçkilərində əldə etdikləri qələbə münasibətilə təbrik edirik. Onların nəticələrinə görə məsuliyyəti öz üzərimə götürürəm. Baş nazir və SDSM sədri vəzifələrindən istefa verirəm”.

Qeyd edək ki, Zaev bu fikirləri sonradan sosial şəbəkələrdə yayımlanan mətbuat konfransındakı çıxışı zamanı deyib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə