İsrail qapanma tətbiq etmədən mübarizə aparacaq

İsrailin yeni hökuməti, əvvəlki üç qapanmanın iqtisadiyyata vurduğu zərərə bir daha yol verməmək məqsədiylə, COVID-19 pandemiyasının dördüncü dalğası ilə qapanma tətbiq etmədən mübarizə aparmağa qərarlıdır.

SİA-nın məlumatına görə, İsrailin Clalit Səhiyyə Xidmətinin rəsmisi bildirib ki, görülməsi lazım olan müəyyən profilaktik tədbirlər var.

"İnanırıq ki, COVID-19-a qarşı üçüncü (buster) dozasının vurulması yoluxma hallarının azalması ilə nəticələnəcək", - deyə o bildirib.

İsrail iyul ayında 12 yaşdan yuxarı bütün əhalisini üçüncü doza ilə peyvənd etmək üçün genişmiqyaslı ümummilli kampaniyaya başlayaraq, buster dozayla bağlı müvafiq qərar verən ilk ölkə oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə