Gürcüstanda daha 3 382 nəfərdə COVID-19 aşkarlanıb

Gürcüstanda daha 3 382 nəfərdə COVID-19 aşkarlanıb

Gürcüstanda son sutkada daha 3 382 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 42 pasiyent vəfat edib.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 719 247-yə, ölənlərin sayı isə 10 045-ə yüksəlib.

Ötən 24 saat ərzində 5 389, ümumilikdə isə 660 518 nəfər müalicə olunaraq sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə