Haitinin cənub sahillərində sərnişin qayığının qəzaya uğraması nəticəsində azı 20 nəfər həlak olub.
SİA EFE agentliyinə istinadla xəbər verir ki, ölənlər arasında iki azyaşlı da var. Hadisənin baş verdiyi ərazinin sakinləri bir neçə nəfəri xilas ediblər. İlkin versiyaya görə, qəzaya səbəb gəminin həddindən artıq yüklənməsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB