Yaponiyada parlamentin hökumət başçısının seçilməsi və dövlət büdcəsi layihəsinin qəbulu zamanı yuxarı palatadan üstün olan əsas – aşağı palatasına seçkilər üçün 46 mindən çox seçki məntəqəsi açılıb. SİA bu barədə xarici mətbuata istinad edir.
Seçicilər səhər saat 07:00-dan (Bakı vaxtı ilə saat 02:00) saat 20:00-a qədər (Bakı vaxtı ilə saat 15:00) səsvermə hüquqlarından istifadə edə biləcəklər.
Səsvermələrin nəticəsində 465 deputat seçiləcək, onlardan 289-u birmandatlı dairələr üzrə, daha 176-sı isə ölkənin 11 regionunda proporsional partiya səsverməsi əsasında seçiləcək. Qeyd edək ki, doqquz partiyadan ümumilikdə 1 051 siyasətçi namizədliyini irəli sürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB