Avropa Parlamentinin üçüncü ən nüfuzlu ölkəsi

Avropa Parlamentinin üçüncü ən nüfuzlu ölkəsi

Rumıniya Fransa və İtaliyanı geridə qoyaraq Avropa Parlamentində üçüncü nüfuzlu ölkəyə çevrilib.

SİA xəbər verir ki, “VoteWatch” analitik mərkəzi tərəfindən tərtib edilən Avropa Təsir İndeksində 2021-ci ildə Rumıniya Avropa Parlamentində siyasi baxımdan üçüncü ən nüfuzlu ölkə seçilib. Ölkə ötən illə müqayisədə bir pillə irəliləyib. Təsir İndeksində ən çox təmsil olunan dörd fraksiya lider mövqelərdə qalır - bunlar Almaniya, İspaniya, Rumıniya və Portuqaliyadır. Bu dörd ölkənin Avropa Parlamentindəki deputatları AP-da və ən nüfuzlu siyasi qruplarda mövqeləri ilə seçilirlər. Təsir İndeksi baxımından Rumıniya Belçika, Polşa, Hollandiya, İtaliya və ya Fransa kimi ölkələri qabaqlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə