Əfqanıstanda iranlı jurnalistlərə hücum olub

Əfqanıstanda iranlı jurnalistlərə hücum olub

İranın dövlət televiziyasının Əfqanıstana ezam olunan çəkiliş qrupuna silahlı hücum olub.

Yerli mətbuata istinad edən SİA xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabil şəhərində çəkiliş apararkən jurnalistlərə yaxınlaşan naməlum şəxs onlara qəflətən atəş açıb. Nəticədə televiziyanın operatoru 7 güllə yarası alıb. Yaralanan operator təcili olaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti sabit-ağır olaraq qalır.

İranın Xarici İşlər Nazirliyi “Taliban” hərəkatına müraciət edərək cinayətkarların tutulub cəzalandırılmasını tələb edib. Əfqanıstanın “Taliban” hökuməti cinayətkarların cəzasız qalmayacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə