Ərdoğanla Baydenin Romada görüşməsi gözlənilir

Ərdoğanla Baydenin Romada görüşməsi gözlənilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Baydenin görüşünün Romada keçirilməsi gözlənilir.

SİA xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin yüksək səviyyəli rəsmisi deyib.

O qeyd edib ki, Romada keçirilən “Böyük iyirmiliyin” (G20) G20 Liderlərinin Sammiti çərçivəsində oktyabrın 31-də ABŞ Prezidenti Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ikitərəfli görüşü nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə