Efiopiyanın Media İdarəsi yerli yayımçılara oktyabrın 29-dan etibarən xarici media proqramlarının yayımını dayandırmağı əmr edib. SİA xəbər verir ki, bu barədə yerli “Addis Standard” məlumat yayıb.
"Efiopiyanın Media İdarəsinin baş direktoru Mohammed İdriss oktyabrın 29-da yaydığı bəyanatda agentliyin yerli lisenziya sahiblərinin peyk vasitəsilə birbaşa xaricdən yayımlanan proqramların yayımını dayandırması barədə qərar qəbul etdiyini bildirib", deyə nəşr indormasiya verib.
Açıqlamaya görə, xarici media proqramlarını birbaşa yayımlayan FM radio stansiyaları nəinki nəzarəti zəif olan, həm də ölkədəki mövcud vəziyyəti nəzərə almayan, eləcə də ölkəyə zərər vuran məzmunu yayımladıqları üçün problemlər yaradır. Ölkədə radio dalğalarının çox məhdud olduğu qeyd edilir.
Bu qərarın təsirinə məruz qalan belə radiostansiyalardan biri də Amerikanın Səsi ilə peyk bağlantısı olan Amhadu RTV-dir.
Qeyd edək ki, Şimali Efiopiya 2020-ci ilin noyabrından münaqişənin episentrindədir. Daha sonra Efiopiya hakimiyyəti ölkənin siyasi həyatında təxminən otuz il hökmranlıq edən “Tiqrayın Azadlığı üçün Xalq Cəbhəsi” hərbi bazaya hücumda günahlandırılıb və Tiqrayda əməliyyat başlayıb. Hökumət qüvvələrinə qonşu Eritreya dəstək verib.
Xatırladaq ki, 2021-ci ilin yazında Efiopiya hakimiyyəti Eritreyanın qoşunlarını Tiqraydan çıxardığını elan edib. İyun ayında Tiqraydakı üsyançılar bölgənin inzibati mərkəzi olan Mekele şəhərini ələ keçiriblər və Efiopiya hökuməti qeyd-şərtsiz atəşkəs elan edib. Bununla belə, üsyançılar daha sonra yeni hücuma keçdiklərini və cənub Tiqrayın böyük hissəsinə nəzarət etdiklərini açıqlayıblar. Qonşu Tiqrayın Afar bölgəsindəki yerli hakimiyyət orqanları qiyamçılarla hökumətyönlü qüvvələr arasında toqquşmaların olduğunu bildirib. Avqustun əvvəlində ABŞ Tiqraydakı separatçılardan qoşunlarını Efiopiyanın Amhara bölgəsindən çıxarmağı tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB