Küveyt Livandakı səfirini geri çağırıb

Küveyt Livandakı səfirini geri çağırıb

Küveyt Livanın səfiri Əbil Əl Süleyman əl-Kənnayini geri çağırmaq qərarına gəlib. SİA xarici mətbuata istinadən bildirir ki, Xarici İşlər Nazirliyinin qısa bəyanatı Küveytin rəsmi agentliyi olan KUNA-da dərc olunub.

Bəyanatda, Küveytin Beyrutdakı səfiri Kannayinin məsləhətləşmələr üçün təcili olaraq ölkəyə geri çağırıldığı və Livanın Küveytdəki müvəqqəti işlər vəkilinə 48 saat ərzində ölkəsinə dönməsi ilə bağlı xəbərdar edildiyi bildirilib.

Livanın informasiya naziri Corc Kardahinin Yəmənlə bağlı Ər-Riyad rəhbərliyini tənqid edən açıqlamaları üzərinə əvvəlcə Səudiyyə Ərəbistan sonra isə Bəhreyn Livandakı səfirini geri çağırıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə