Küveyt Xarici İşlər Nazirliyi Livan səfirindən 48 saat ərzində ölkəni tərk etməsini tələb edib və öz səfirini məsləhətləşmələr üçün Beyrutdan geri çağırıb. SİA xəbər verir ki, bu barədə Küveytin KUNA xəbər agentliyi Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Küveytin Xarici İşlər Nazirliyi şənbə günü səlahiyyətlilərin Livan səfirini 48 saat ərzində ölkədən qovmaq və səfirini məsləhətləşmələr üçün Livandan geri çağırmaq qərarını açıqlayıb.
Cümə günü Səudiyyə Ərəbistanının dövlət televiziyası da bildirib ki, Ər-Riyad rəsmi olaraq Livandakı səfirini məsləhətləşmələr üçün geri çağırır və Livan səfirindən 48 saat ərzində ölkəni tərk etməsini tələb edir. Ərəb diplomatik mənbəsi bildirib ki, Ər-Riyad Beyrutla diplomatik münasibətləri kəsmək imkanını nəzərdən keçirir.
Daha sonra Livanın MTV telekanalı öz mənbəsinə istinadən Fars körfəzinin bütün ərəb ölkələrinin onlardan nümunə götürəcəyini bildirib. Ər-Riyadın ardınca Bəhreyn Livan səfirindən 48 saat ərzində ölkəni tərk etməsini tələb edib.
Xatırladaq ki, bir qədər əvvəl Livan mediasında Livanın informasiya naziri Qeorq Kordahinin “Əl-Cəzirə” telekanalına müsahibəsindən fraqmentlər yayılmışdı və o, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Yəməndəki hərəkətlərinin təcavüz olduğunu, Ənsar qiyamçılarının isə üsyançı olduğunu bildirmişdi. Yəməndəki müharibə isə ümumiyyətlə mənasızdır demişdi. O, daha sonra qeyd etmişdi ki, bu sözlər avqust ayında, nazir təyin olunmazdan əvvəl verdiyi müsahibədə deyilib. O, Səudiyyə Ərəbistanı və BƏƏ-ni incitmək istəmədiyini də bildirmişdi. Livanın baş naziri Nəcib Mikati isə deyib ki, Kordahinin sözləri Livanın Yəmən məsələsində rəsmi mövqeyini əks etdirmir.
Livanın baş naziri Najib Mikati cümə günü axşam saatlarında Kordahidən münaqişə ilə bağlı "lazımi qərar verməsini" tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB