Yeni növ koronavirus epidemiyası ilə mübarizədə Yaponiyanın tədarük etdiyi 82 milyon maskadan istifadə edilmədiyi bildirilib. SİA xarici mətbuata istinadən bildirir ki, Nazirlər Kabinetinin sədr müavini Isozaki Yoşihiko covid-19-a qarşı tədarük edilən təxminən 82 milyon maskanın artıq olduğunu söyləyib.
Isozaki "hesab səhvi" iddialarını rədd edərək, "Bu plan keçən il tədarük çatışmazlığı olan zaman epidemiyaya qarşı təsirli olub" deyib. Maskaların istifadəsi ilə bağlı qərarı hökumətin verəcəyini bildirib.
Qeyd edək ki, Kyodo agentliyi 82 milyon maskanın vergi ödəyicilərinə 11,5 milyard yen (101 milyon dollar) və anbarlarda saxlanmasının isə 600 milyon yenə (5,2 milyon dollar) başa gəldiyini bildirib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB