ABŞ-ın qanadlı raketlərlə silahlanmış “Porter” esminesi Qara dənizə daxil olub. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin tərkibində olan Milli Müdafiə Nəzarət Mərkəzindən şənbə günü jurnalistlərə bildirilib.
Qeyd olunub ki, Qara dəniz donanmasının qüvvələri və vasitələri “Porter” esminesi izləyir.
“Qara Dəniz Donanmasının qüvvə və vasitələri 2021-ci il oktyabrın 30-da Qara dənizə daxil olan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Porter” idarəolunan raket esminesinin hərəkətlərini izləməyə başlayıb”, deyə Mərkəzdən bildirilib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB