Sudanın baş naziri Abdullah Hamdukun iqamətgahından uzaqlaşdırılmasına səbəb onun hücumla hədələnməsi olub. SİA xəbər verir ki, bu sözləri ölkənin hərbi lideri, silahlı qüvvələrin baş komandanı Əbdülfəttah əl-Burhan öz müsahibəsində deyib.
Qeyd edək ki, Sudan hərbçiləri bazar ertəsi səhər baş nazir Abdullah Hamdoku və daha bir neçə hökumət üzvünü saxlayıblar. Sudanın Keçid Suveren Şurasının rəhbəri Əbdülfəttah əl-Burhan televiziya ilə xalqa müraciətində fövqəladə vəziyyətin tətbiqi və ölkə hökumətinin buraxılması barədə məlumat verib. Çərşənbə axşamı məlum olub ki, Hamdok və həyat yoldaşı paytaxt iqamətgahlarına qayıdıblar.
“Bizdə məlumat var idi ki, xalq hərəkatının ilk anlarında hücum ola bilər, ona görə də onu, Hamdoku təhdiddən qorumağa, saxlamağa qərar verdik. Həqiqətən də o, orada olanda bir neçə qrup onun evinə toplaşmağa başlamışdı. Lakin bəzi hərəkətlərin artıq başladığını hiss etdikdə onu evdən apardıq, indi də evinə qayıdıb”, deyə əl-Burxan bildirib.
Xatırladaq ki, 2019-cu ilin aprelində Sudanda dərin iqtisadi böhran və həyat səviyyəsinin aşağı düşməsi fonunda xalq etirazları ilə alovlanan hərbi çevriliş baş verib. 30 il hakimiyyətdə olan prezident Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılıb və daha sonra həbs edilib.
2021-ci ilin sentyabrında isə Sudan hakimiyyəti ölkədə hərbi çevrilişə cəhdin qarşısını aldıqlarını açıqlayıb. Silahlı qüvvələrin komandanlığından verilən açıqlamaya görə, çevriliş cəhdində iştirak edənlərin əksəriyyəti, o cümlədən 21 zabit və çoxlu əsgər saxlanılıb. Sudanın baş naziri Abdullah Hamduk o zaman demişdi ki, çevriliş cəhdi ordu və təhlükəsizlik orqanlarında islahatlara ehtiyac olduğunu göstərir. Sudan hakimiyyəti eks-prezident Ömər əl-Bəşirin tərəfdarlarını qiyamın təşkilatçıları adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB