İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hətibzadə Xarici İşlər Nazirliyinin internet saytında dərc edilən yazılı açıqlamada ABŞ rəhbərliyinin İran İslam İnqilabı Keşikçiləri Ordusunun pilotsuz uçuş aparatlarını (PUA) və Qüds qüvvələrinin proqramlarına dəstək verən 4 nəfər və 2 şirkətə qarşı sanksiyalarını pisləyib. SİA xarici mətbuata istinadən bildirir ki, Hatibzadə atılan addımların "Trampın uğursuz maksimum təzyiq siyasətinin davamı olduğunu və məqsədinə çata bilməyəcəyini" deyib. ”Yeni sanksiyalar Ağ Evin ziddiyyətli rəftarının göstəricisidir. Sanksiyaya qayıtmaq istədiyini və Trampın üsullarını davam etdirən administrasiyanın güvənilməz olduğu mesajını verir”- deyə əlavə etmişdir.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB