Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 209 nəfər ölüb.
SIA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 351 373 nəfər test edilib, onların 24 409-nun koronavirus testi pozitiv nəticə verib, 30 846 nəfər sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 116 123 219 peyvənd tətbiq edilib ki, bunun 89,18 faizi birinci, 78,24 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB