ABŞ daha 55 rusiyalı diplomatı ölkədən çıxarır?

ABŞ daha 55 rusiyalı diplomatı ölkədən çıxarır?

Hazırda Rusiyanın Vaşinqtondakı missiyasında, Nyu-York və Xyustondakı baş konqulluqlarında 200-ə qədər əməkdaş çalışır.

ABŞ bu ölkədəki Rusiya səfirliyi və konsulluqlarının 55 diplomat və inzibati-texniki işçilərini ölkədən çıxarmaq niyyətindədir. "RİA Novosti" xəbər verir ki, bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib.

"Vaşinqtonun bizim diplomat və inzibati-texniki işçimizin ABŞ-ı tərk etməsi barədə tələbi nəticəsində - bu isə onların ölkədən qovulması deməkdir, - diplomatik "cəbhədə" vəziyyət yalnız qəlizləşəcək, — deyə Zaxarovanın Nazirliyin saytında yerləşdirilmiş şərhində bildirilir.

Zaxarova onu da bildirib ki, hazırda ABŞ tərəfdən Rusiyada təqribən 130 nəfər çalışır, Rusiyanın Vaşinqtondakı missiyasında, Nyu-York və Xyustondakı baş konqulluqlarında isə 200-dən az əməkdaş var.

Bütün xəbərlər Facebook səhifəmizdə