Səudiyyə Livan səfirini ölkədən qovur?

Səudiyyə Livan səfirini ölkədən qovur?

Səudiyyə Ərəbistanı Livanın krallıqdakı səfirindən ərazisini iki gün ərzində tərk etməsini tələb edib.

SİA bu barədə xarici mətbuata istinad edir.

Məlumata görə, Səudiyyə Ərəbistanı həmçinin Livandan bütün idxallara ümumi qadağa qoyub.

Qeyd edilir ki, bütün bunlara səbəb Livanın informasiya naziri Corc Kordahinin Yəməndəki müharibəni Səudiyyə Ərəbistanının “təcavüzkarlığı” kimi xarakterizə etməsi olub. Səudiyyə Ərəbistanı nazirin ittihamlarının yayılmasından bir neçə gün sonra buna cavab olaraq Livanın krallıqdakı səfirinə 48 saat ərzində ərazisindən çıxmağı tələb edib, eləcə də həmin ölkədən idxalı dayandırıb

Bütün xəbərlər Facebook səhifəmizdə