SİA bu barədə rus mətbuatına istinad edir.
Bunu ABŞ Prezidenti Cozef Bayden Romada Fransa Prezidenti Emmanuel Makronla görüşündə deyib.
Baydenin sözlərinə görə, Vaşinqton və Paris dünyanın bütün regionlarında birgə işləyə bilər.
“Bizim Fransadan daha sadiq müttəfiqimiz yoxdur. Dünyada elə bir yer yoxdur ki, biz birlikdə işləyə bilməyək”, – ABŞ Prezidenti vurğulayıb.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Cozef Baydeni Avropa İttifaqı ilə NATO arasında strateji tərəfdaşlıq, terrorizmlə mübarizə və digər qlobal mövzuların müzakirəsinə dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB