ABŞ prezidenti Co Baydenin kortejinin bir avtomobili Romada qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bayden Vatikanda Papa Fransiski ziyarət edib, daha sonra Kvirinal sarayında İtaliya prezidenti Sercio Mattarella ilə görüşüb.
"Vatikandan Kvirinal sarayına gedərkən prezident kortejinin bir avtomobili kiçik qəza keçirib. Ciddi xəsarət alan olmayıb, ancaq hər ehtimala qarşı sərnişinlər ABŞ tibb işçiləri tərəfindən müayinə olunub", deyə Ağ Evin məlumatında qeyd olunur.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB