"Beyninizi işə salın" ZELENSKİ ÇAĞIRIŞ ETDİ

"Beyninizi işə salın" ZELENSKİ ÇAĞIRIŞ ETDİ

Ukrayna prezidenti Vladimir Zelenski ölkə vətəndaşlarını sosial şəbəkələrə inanmamağa və COVID-19-a qarşı peyvənd olunmağa çağırıb. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Mən sizdən çox xahiş edirəm sosial şəbəkələri məhz bu məsələ ilə bağlı söndürün və bütün beyninizi işə salın. Peyvənd olunmalıyıq, bu gün bunlar qorxulu hekayələr deyil, yeganə həll yoludur. KİV-də və sosial şəbəkələrdə yayılan dəhşətli hekayələrdən yox, virusdan qorxmaq lazımdır”, deyə Ukrayna prezidenti bildirib.

O əlavə edib ki, səlahiyyətlilər peyvənd sürətini gündə 300 min nəfərə qədər artırmağı planlaşdırır.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov ölkə sakinlərini peyvənd etməyə çağırıb, çünki noyabrın əvvəlində koronavirusdan ölənlərin sayı gündə minə yaxınlaşa bilər. O, həmçinin bildirib ki, məxfi xidmətlər peyvənd əleyhinə təbliğat aparanların bütöv bir şəbəkəsini aşkar ediblər.

Xatırladaq ki, sentyabrın 23-dən etibarən Ukraynanın bəzi regionları COVID-19-a yoluxma hallarının artması səbəbindən tədricən “yaşıl” epidemioloji təhlükə zonasından “qırmızıya” keçib. Ümumilikdə, Nazirlər Kabineti Ukraynada dörd karantin zonası ayırıb: “yaşıl”, “sarı”, “narıncı” və “qırmızı”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə