Rusiya baş nazirinin müavini Dmitri Çernışenko və Vyetnam baş nazirinin müavini Le Van Txan yüksək səviyyəli səfərin hazırlanması üçün ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə Rusiya-Vyetnam hökumətlərarası komissiyasının iclasını keçiriblər. SİA xəbər verir ki, bu barədə baş nazirin müavini Çernışenkonun ofisi məlumat yayıb.
“Rusiya baş nazirinin müavini Dmitri Çernışenko və Vyetnam baş nazirinin müavini Le Van Txan ticarət, iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə Rusiya-Vyetnam Hökumətlərarası Komissiyasının 23-cü iclası çərçivəsində danışıqlar aparıblar. Çernışenko qeyd edib ki, bugünkü görüş Vyetnam prezidentinin 2021-ci ilin sonuna planlaşdırılan Rusiyaya səfərinə hazırlığın mühüm mərhələsidir”, deyə məlumatda qeyd olunur.
Bildirilir ki, tərəflər pandemiyanın təsirinə baxmayaraq, onlayn formatda iki ölkə arasında siyasi mübadilə və təmasların davam etdiyini vurğulayıblar. Enerji, neft-qaz, sənaye və kənd təsərrüfatı kimi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq da səmərəli şəkildə davam etdirilibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB