Qida qıtlığından əziyyət çəkən Şimali Koreya bu yola əl atıb!

Qida qıtlığından əziyyət çəkən Şimali Koreya bu yola əl atıb!

Xroniki ərzaq qıtlığının ortasında qalan Şimali Koreya problemi həll etmək üçün diqqət çəkən addımlar atmağa davam edir. Kommunist Partiyası qida böhranını həll edəcəyini düşündüyü qara qu quşlarının istehsalı üçün əmr verib. SİA xarici mətbuata əsasən bildirir ki, dünyanın üsyankar övladı olan Şimali Koreya xroniki qida qıtlığını aradan qaldırmaq üçün bu heyvanları öz menyusuna daxil edib. Ölkə lideri Kim Çen In bu yaxınlarda vətəndaşlarına ölkədə yaşanacaq ərzaq böhranını elan edib və Çin 2025-ci ildə sərhədlərini yenidən açana qədər belə olacağını bildirib. İqtisadiyyatları zəif olduğu üçün yoxsulluqla mübarizə aparan vətəndaşlar ərzaq qıtlığından tam ümidsizliyə düşüblər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə