Britaniyada 44 minə yaxın yeni yoluxma qeydə alınıb

Britaniyada 44 minə yaxın yeni yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 39 842 yoluxma halı qeydə alınıb.

SİA-nın "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 8 936 155 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 165 nəfər, hazırkı dövrədək isə 140 206 nəfər vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə