Bayden Ərdoğanla görüşəcəyinə ümid edir

Bayden Ərdoğanla görüşəcəyinə ümid edir

ABŞ Prezidenti Cozef Bayden Böyük Britaniyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyinə ümid edir. SİA bu barədə xarici mətbuata istinad edir.

Bunu ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan deyib.

Onun sözlərinə görə, liderlərin noyabrın 1-2-də Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı çərçivəsində görüşü gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə