Hindistan “Aqni-5” raketi sınaqdan keçirdi

Hindistan “Aqni-5” raketi sınaqdan keçirdi

Bu arada Hindistan da 5000 kilometr mənzilə malik nüvə başlıq daşıya bilən qitələrarası ballistik raket sınaqdan keçirdiyini açıqlayıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Belə ki, Hindistan hökumətindən verilən açıqlamada bildirilib ki, ölkənin şərq sahilində yerləşən adadan buraxılan 5 min kilometr mənzilli “Aqni-5” raket uğurla sınaqdan keçirilib. Açıqlamada raket sınağının “etibarlı minimum çəkindirmə siyasəti”nə uyğun olduğuna diqqət çəkilib. “Aqni-5” ballistik raketin Çinin hər nöqtəsini vura biləcəyi iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə