Zelenski günahlandırılır POROŞENKONU İZLƏMƏKDƏ

Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun “Avropa Həmrəyliyi” Partiyası siyasətçinin qanunsuz izlənildiyini elan edib və hesab edir ki, bu, hakimiyyətin göstərişi ilə həyata keçirilir. SİA xəbər verir ki, bu barədə partiyanın cümə axşamı öz saytında dərc olunmuş bəyanatında deyilir.

Poroşenko və Ukrayna prezidenti Vladimir Zelenski vaxtaşırı bir-birlərinə qarşı şifahi ittihamlar mübadiləsi aparırlar. Poroşenko hesab edir ki, Zelenskinin həyata keçirdiyi islahatlar deklarativ xarakter daşıyır və çox vaxt qanunların pozulması ilə həyata keçirilir. Zelenski isə əmindir ki, Poroşenkonun dövründə Ukraynada heç bir islahatlar olmayıb.

"Zelenski hökuməti müxalifət lideri Pyotr Poroşenkonun qanunsuz izlənilməsini davam etdirir. Bu gün səhər saatlarında Kozində beşinci prezidentin evinin yaxınlığında şüşələri qaralmış, AA 2984 EN dövlət nömrə nişanlı ağ Volkswagen vaqonu qeydə alınıb, hansıki, belə bir avtomobil nömrəsi bazada yoxdur və hüquq-mühafizə orqanlarının üzlük nömrəsidir və bu o deməkdir ki, Pyotr Poroşenko hakimiyyətin göstərişi ilə izlənilir”, deyə bəyanatda bildirilir.

Xatırladılır ki, partiyadan bu faktla bağlı polisə müraciət etdikləri bildirilib. Partiyanın saytında ağ avtomobilin foto və videosu da yerləşdirilib. Lakin bu materiallardan onların Poroşenkonun evindən qeydlər olub-olmadığı aydın deyil. Avropa Həmrəyliyi hakimiyyətdən müxalifət liderinə qarşı siyasi təqibləri və təzyiqləri dərhal dayandırmağı tələb edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə