Lavrov G20 sammitində iştirak edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 30-31 oktyabr tarixlərində Romada keçiriləcək G20 sammitində şəxsən iştirak edəcək. SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə söyləyib.

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitində şəxsən iştirak edəcək. Onun bir sıra ikitərəfli görüşləri də olacaq, xüsusən də çinli həmkarı ilə. Hazırda qrafik nəzərə alınmaqla digər görüşlər üzərində iş aparılır", deyə Zaxarova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə