Sərt karantin tətbiq olunacaq 1 NOYABR TARİXİNDƏN

Ukraynanın paytaxtı Kiyevdə COVID-19 ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar noyabrın 1-dən sərt karantin elan edilib. SİA xəbər verir ki, bu barədə cümə axşamı şəhərin meri Vitali Kliçko cümə axşamı keçirilən brifinqdə söyləyib.

O, qeyd edib ki, məktəblər distant təhsilə keçir, ticarət və əyləncə mərkəzləri, restoranlar və idman zalları işçilərin 100% peyvənd olunması şərti ilə fəaliyyət göstərəcək. Kiyevdə son bir həftə ərzində - gündə mindən çox xəstə və 50-yə qədər ölüm qeydə alınır, xəstəxanaya yerləşdirilənlərin və oksigen dəstəyinə ehtiyacı olan xəstələrin sayı artır.

“Noyabrın 1-dən paytaxt qırmızı zonaya keçdiyi üçün ciddi məhdudiyyətlər tətbiq ediləcək”, deyə Kliçko bildirib.
Bununla yanaşı, Kiyev hakimiyyəti ictimai nəqliyyatın işini dayandırmayacaq. "Amma peyvənd sertifikatı və ya PCR testi mənfi olan sərnişinlər ona minə bilərlər. Bu sənədlər nəqliyyatın girişində yox, seçmə qaydada - hüquq-mühafizə orqanlarının xüsusi qrupları tərəfindən yoxlanılacaq", deyə mer qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə