Təbii ki, harada doğulmasından asılı olmayaraq erməni elə ermənidir. Öz xəbisliyi və xainliyi ilə. Qeyd edim ki, Özbəkistanda doğulub, türk çörəyi yeyib sonrada ona naxələf çıxan Semyon Baqdasarov da belə ermənilərdəndir. Əslində, onun türkdilli (təkcə türkdillimi?) xalqlara qarşı hansı xislət nümayiş etdirdiyini sadalamağa elə də ehtiyac yoxdur. Təkcə bir faktı xatırladım ki, o vaxt, yəni 2010-cu ilin mayında Türkiyə “Akkuyu” atom elektrik stansiyanın tikintisi ilə bağlı Rusiya ilə müqavilə imzalayanda erməni Baqdasarov erməni xislətini ortaya qoyub “yaxasını cırırdı”.
Həmən vaxt beşinci çağırış Dövlət Dumasının deputatı olan Baqdasarov Dumada keçirilən plenar iclasların birində “Türkiyədə atom elektrik stansiyasının tikintisi” məsələsi ilə bağlı çıxış edərək Ankaranın Moskva ilə etibarlı tərəfdaş ola bilməyəcəyini iddia edirdi.
Niyə uzağa gedək, elə ötən günlərin birində, Solovyovun verlişinə çıxan Baqdasarov bu dəfə Rusiyanın Türkiyəyə qarşı Kürdüstan Fəhlə Partiyasının (PKK) xidmətindən yararlanmağı məsləhət görürdü. Doğrudur, həmən verilişdə onun bu “uzaqgörğnliyi” verlişin digər iştirakçıları tərəfindən nəinki təqdir edilmədi, əksinə onun “bu təklifi”ni bəziləri Baqdasarovun siyası savadsızlığının “ayağına yazdılar”. Amma deyim ki, Baqdasarovun bu “çağırışı” onun siyası savadsızlığı kimi yox, erməni xislətliliyi ilə əlaqələndirilməlidir.
Qeyd edək ki, 44 günlük müharibə dövründə də Semyon Baqdasarov digər həmkarı, teatrşünas Sergey Kurqinyanı da yanına qataraq Azərbaycana, onun erməniləri qabağına qatıb qovduğu Ordusuna qarşı hansı hədyanlar söylədiklərini yəqin unutmamısınız.
...Bu arada, yadımdaykən, qeyd edim ki, Baqdasarovun Mixail Saakaşvili Gürcüstanın prezidenti olarkən ona (...yenə də təkcə onamı) hansı münasibət sərgilədiyini xatırlamış olarsınız. Əslində bu onun gürcü prezidentinə olan nifrətindən irəli gəlirdi. Çünki Saakaşvili Gürcüstanda prezident olarkən ermənilərin kompakt yaşadıqları Samtsxe-Cavaxetidəki özbaşnalıqlarına qarşı ölkə rəhbərinin gördüyü tədbirlər digər ermənilər kimi, Baqdasarovu da qane etməmişdi. Bildirək ki, sonradan Gürcüstanın keçmiş xarici işlər naziri işləmiş Qriqol Vaşadzenin Rusiya vətəndaşlığından məhrum edilməsinin əsas səbəbkar kimi Semyon Baqdasarov görülürdü. Əslində isə, bu belə idi...keçmişlərdə olmuşlara cavab kimi...
Təbii ki, bütün bunlar artıq arxada qalıb. Bu gün Baqdasarov və onu Rusiyadakı həmkarlarının Ermənistanın “yenilməzliyi” ilə bağlı rus telekanallarından səsləndirdikləri sərsəmləmələri artıq ayaqlar altında çoxdan bəri tapdanıb. Əslində, bunu dediyimiz kimi, Baqdasarov da yaxşı anlayır. Amma neyləsin ki, dediyimiz kimi, türk çörəyi ilə böyüsə də, bir erməni kimi, ermənilərə öz məsləhətlərini verməyi öznə borc bilir.
Belə ki, o ilk olaraq, Ermənistandakı ermənilərə sərhədlərin demarkasiya və delimitasiyasında tələsməməyi məsləhət görür(?). Onları hər vəhclə “Zəngəzur dəhlizi”nin reallaşması ilə razılaşmamağa çağırır. Və hətta onları inandırmağa çalışır ki, bu dəhlizin reallaşması, artıq Ermənistanın ölümü demək olacaq. Ona görə də o Ermənistanda hər kəsi buna qarşı çıxmağa çağırır. Maraqlıdır ki, Baqdasarov ermənilərə uydurduğu başqa bir yalana da inandırmağa çalışır ki, əgər onlar dəhlizin tikintisi əleyhinə qalxsalar, bu halda İran onlara köməyə “tələsəcək”(?).
Əslində, qeyd edilməlidir ki, burada Baqdasarova rahatlıq verməyən başqa nüanslardır. Məsələn, o Ermənistan ərazisindən keçəcək dəhlizin türklərin əsas strateji arzusu olduğunu iddia edir. O deyir ki, əgər dəhliz çəkilişi reallaşsa bu zaman Mərkəzi Asiyadan və onun hüdudlarından kənarda karbohidrogenlərin əsas qovşağına çevrilən Türkiyə üçün bir çox məsələlər həllini tapacaq. Baqdasarova görə, guya bütün bunlar Rusiyanın maraqlarına cavab vermir. Yəni Azərbaycan-Türkiyə tandeminin “Zəngəzur dəhlizi”nin yaradılmasına yönəlmiş hərəkətləri anti-Rusiya xarakteri daşıyır. Çünki Türkiyə NATO üzvüdür. Ukraynaya rusları öldürmək üçün “bayraktarlar” satır. Ona görə də, Türkiyənin “oyunları” Rusiyanın maraqlarına uyğun deyil, deyə dayandırılmalıdır.
Maraqlıdır ki, burada Baqdasarovun ermənilərə iradlarından biri də Paşinyanın erməni maraqlarını təslim etmək siyasəti yürütməsi ilə bağlıdır. O. burada da “erməni uzqagörənliyi” ilə belə davam edəcəyi təqdirdə Ermənistanın suveren dövlət kimi öz mövcudluğunu itirəcəyini deyir. (...görən itirilmışın daha nəyi itirilməlidir?) Burada erməni Baqdasarov üçün “ən dəhşətlisi” bilirsiniz nədir: Ermənistanın Türkiyə tərəfindən mənimsənilib türk vilayətinə çevrilməsi...bu isə erməni xalqının ölümü deməkdir. Baqdasarov ermənilərə illüziyalara qapılıb Qərbdən və ya Amerikadan kömək gözləməməyi məsləhət görür.
Əslində belə görünür ki, Baqdasarov da özü və Rusiyaya səpilmiş başqa ermənilər kimi Ermənistan ermənilərini rusların balağından möhkəm yapışmağa çağırır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB