ABŞ-ın Texas ştatında maraqlı hadisə baş verib. 4 xəstəni əməliyyat zamanı hava vuraraq öldürən Uilyam Devis adlı həkim saxlanılıb. SİA xarici mətbuata istinadən bildirir ki, ABŞ-da illər əvvəl törədilən cinayətlərin üstü açılıb və məlum olub ki, Uilyam Devis xəstələri əyləncə məqsədi ilə öldürürmüş. Araşdırma zamanı polis təhlükəsizlik kameralarını incələyib. Əldə edilən görüntülərdə Devisin 2017-ci ilin iyunundan 2018-ci ilin yanvarına qədər ürəyindən əməliyyat olunan 4 xəstənin bədəninə iynə ilə hava yeritdiyi ortaya çıxıb.
Hadisə ilə yaxından maraqlanan prokuror 37 yaşlı cinayətkara edam cəzası verib. Devisin ölüm hökmünün nə vaxt icra olunacağı isə hələlik bəlli deyil.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB