“Telemus Sistemleri Inc.” şirkəti müflis olub

Bildirək ki, bu o vaxt, Qarabağ müharibəsində Azərbaycana dəstəyə görə Türkiyəyə embarqo qoyan Kanada şirkətidir
“Telemus Sistemleri Inc.” şirkəti müflis olub

İkinci Qarabağ müharibəsində Ermənistana qarşı Azərbaycana dəstək verdiyi üçün Türkiyəyə silah embarqosu qoyan Kanada müdafiə şirkəti müflis olub.

SİA bu barədə xarici mətbuata istinad edir.

Kanadanın “Telemus Sistemleri Inc.” şirkəti müharibə dönəmində Türkiyə Aerokosmik Sənayesi şirkətinə embarqo tətbiq edib.

Hərbi pilotsuz uçuş aparatlarında istifadə üçün geniş çeşiddə elektron məmulatlar istehsal edən şirkət embarqonun mənfi maliyyə təsirləri səbəbindən Kanada hökuməti ilə Türkiyəyə ixrac icazəsi üçün bir neçə dəfə danışıqlar aparmağa cəhd etsə də, heç bir nəticə əldə edə bilməyib.

Qeyd edək ki, bu il şirkət iyulun 31-də hasilatı dayandırmazdan əvvəl 1,1 milyon ABŞ dolları xalis zərər görüb.

Xatırladaq ki, Kanada hökuməti 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Dağlıq Qarabağ müharibəsində Azərbaycanın yanında yer aldığı üçün Türkiyəyə silah embarqosu tətbiq etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə